Robert Prosineçki: "Daha yaxşı inkişaf etmək istəyirəmsə, irəli getməliyəm"

01:11 - 1 Oktyabr 2017

Millimizin baş məşqçisi Robert Prosineçki gələcək karyerası ilə bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, AFFA ilə qışa qədər müqaviləsi olan çalşdırıcı daha böyük uğurlar əldə etmək istədiyini bildirib.

 

Xorvtiyalı çalışdırıcı müqaviləsi başa çatdıqdan sonra ürəyinin səsinə qulaq asacağını bildirib: 

 

"Baş məşqçi kimi daha yaxşı inkişaf etmək istəyirəmsə, irəli getməliyəm. Bu səbəbdən də, ürəyimdən gələn səsə qulaq asacağam. Düşünürəm ki, daha ciddi uğrular əldə etmək üçün potensialım və gücüm var. Hər şeyə müqaviləm başa çatandan sonra aydınlıq gələcək".

 

Qeyd edək ki, Prosineçkinin AFFA ilə müqaviləsi dekabrın 4-də başa çatacaq. 

Xəbər xətti