Budaq Nəsirov 90 dəqiqə oynadı

12:02 - 1 Oktyabr 2017

Portuqaliya Sequndasında 9-cu turun oyunlrı keçirilir.

 

Sportal.az xəbər verir ki, Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası növbəti matçına çıxıb.  Lissabon təmsilçisi doğma meydanında lider "Santa Klara"nı qəbul edib.

 

Qarşılaşmada meydan sahibləri 4:3 hesabı ilə qalib gəlib. 21 yaşlılardan ibarət milli komandamızın kapitanı bu matçda 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, "Sportinq" 9 turdan sonra 13 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xəbər xətti