Tural oynadı, komandası səfərdə 1 xal qazandı

12:36 - 1 Oktyabr 2017

Futbol üzrə Makedoniya çempionatında 9-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geyindiyi “Pobeda” səfərdə “Renova”nın qonağı olub. Matç 0:0 hesablı bərabərliklə başa çatıb.

 

Tural da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb.

 

“Pobeda” geridə qalan turlarda 9 xal qazanıb və 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti