"Qarabağ"ın futbolçusu İspaniya və İtaliya ilə oyunlara çağırıldı

14:22 - 1 Oktyabr 2017

Albaniya milli komandasının baş məşqçisi Kristian Panuççi İspaniya və İtaliya yığmaları ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçları üçün heyəti açıqlayıb.

 

Sportal.az xəbər verir ki, qarşıdakı oyunlara 26 futbolçu dəvət edən  44 yaşlı mütəxəssisin siyahısında "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli də var.

 

Qeyd edək ki, İspaniya ilə matç oktyabrın 6-da səfərdə, İtaliya ilə görüş oktyabrın 9-da evdə olacaq.

Xəbər xətti