Samir Məsimov yenə oynamadı

14:45 - 1 Oktyabr 2017

Rusiya 1-ci divizionunda 16-cı turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi “Fakel” səfərdə “Olimpik Nijni” ilə qarşılaşıb. Voronej təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Samir bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

 

"Fakel" geridə qalan turlarda topladığı 13 xalla 20 klub arasında 19-cu pillədə qərarlaşıb

Xəbər xətti