Adriano: "Şenol Günəşdən çox şey öyrəndim"

15:14 - 1 Oktyabr 2017

Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş”ın futbolçusu Korrea Adriano komandanın baş məşqçisi Şenol Günəşi tərifləyib.


Sportal.az xəbər verir ki, “Socrates” jurnalına müsahibə verən braziliyalı oyunçu Günəşdən çox şey öyrəndiyini deyib:
“Son bir ildə həm həyata dair, həm də futbola dair bir çox şey öyrəndim. Bu cəhətdən baş məşqçinin rolu böyükdür. Şenol Günəşdən məsuliyyət götürməyi öyrəndim. O, mükəmməl bir çalışdırıcıdı”.


“Qara qartallar”da yenidən özünəinam hissi qazanan 32 yaşlı müdafiəçi karyerasını Türkiyədə davam etdirmək istədiyini bildirib.

 

Xəbər xətti