Millimizin Çexiya və Almaniya ilə oyunlarının hakimləri məlum olub

16:40 - 1 Oktyabr 2017

Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində Çexiya və Almaniyaya qarşı keçirəcəyi oyunların hakimləri bəlli olub.


Sportal.az xəbər verir ki, Azərbaycan - Çexiya matçını Fransadan olan hakimlər briqadası idarə edəcək. 


Qarşılaşmanın baş hakimi Benua Milyo olacaq. Yan xətt hakimləri funksiyasını isə Julien Paselli və Bertrand Jonnua yerinə yetirəcək.


Kayzerslauterndə keçiriləcək Almaniya ilə oyunda ədaləti Latviyadan olan hakimlər briqadası qoruyacaq. Görüşün əsas hakimi Andris Tremianis olacaq. Ona Haralds Qudermanis və Aleksis Spasyonnikovs kömək edəcəklər.


Çexiya ilə oyun oktyabrın 5-də, Almaniya ilə qarşılaşma isə oktyabrın 8-də baş tutacaq.

 

Xəbər xətti