Neymarın atası: "Oğlum ilə Kavani arasında heç bir problem yoxdu"

Fransa 1-ci Liqasında mübarizə aparan PSJ-nin ulduz futbolçusu Junyor Neymarın atası və həmçinin, meneceri Neymar Senyor “Telefoot”a maraqlı açıqlamalar verib.


Sportal.az xəbər verir ki, braziliyalı hücumçunun atası oğlu ilə Kavani arasında heç bir problemin olmadığını deyib: 
“Kavani və oğlumun arasında hər şey qaydasındadı. Hər ikisi də böyük oyunçudu. Neymar Parisi çox sevir və bura gəlməyi özü istədi. Mən müdaxilə etmədim”.


PSJ-nin gələcəyini dəyərləndirən Senyor Neymar: “PSJ Çempionlar Liqasını qazanmaq üçün hər şeyə sahibdi. Neymar da bunu reallaşdırmaq üçün PSJ-ni seçdi”.


Sonda Neymarın atası Kilian Mbappe haqqında da danışıb: “Mbappenin burda oynamsı həqiqətən də çox dəyərlidi. Bir neçə ildən sonra “Qızıl top” yarışının içində olacağına inana bilərik”.

 

Tarix: 1 Oktyabr [19:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Oktyabr 2017
16  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio