Ayxan Abbasov: "Komandada çatışmazlıqlar var" VİDEO

22:55 - 1 Oktyabr 2017

Topaz Premyer Liqasının 7-ci turunda səfərdə “Qarabağ”la qolsuz bərabərə qalan “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az xəbər verir ki, Abbasov əvvəlcə matçla bağlı fikirlərini bildirib:   
 
- Oyunun çətin olacağını bilirdik. Sevindirici haldı ki, ilk dövrədə məğlub olmadıq. Bu gün futbolçular taktiki baxımdan tapşırıqları yerinə yetirdilər. Müdafiə xətti yalnız son dəqiqələrdə səhv etdi. Ümumi götürəndə isə bu gün xal qazanmağımızı arxa xəttin inamlı çıxışına borcluyuq. Ancaq komandada çatışmazlıqlar var. Yaranmış fasilədə bu çatışmazlıqları aradan qaldırmağa çalışacağıq.
 
- Komanda artıq 8 oyundu “Qarabağ”a qol vura bilmir. Bunun səbəbi nədi?
- Bunun səbəbi əlbəttə ki “Qarabağ”ın güclü olmasıdı.
 
- Komandanın avrokuboklarda çıxış etməsi çempionatdakı çıxışına yaxşı mənada təsir etdi?
- Əlbəttə, gənc komandamız var. Avrokuboklarda çıxış etməyimiz bizim üçün yaxşı təcrübə oldu.
 

Xəbər xətti