Qurban Qurbanov: "Oyunçular arasında anlaşma yaxşı deyildi" VİDEO

00:12 - 2 Oktyabr 2017

Topaz Premyer Liqasının 7-ci turunda evdə “Zirə” ilə qolsuz bərabərə qalan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabalandırıb.
 
Sportal.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:
 
- Ağır oyun oldu. Topa istədiyimiz kimi sahib ola bilmirdik. Oyunun sonuna kimi mübarizə apardıq. Rəqib son ana kimi bizə rahat hərəkət etməyə imkan vermədi. Heyətdə çox dəyişiklik etmişdim. Bu oyunçular bir yerdə az çıxış ediblər. Ancaq oyunçularımızdan razı qaldım. Ayxan Abbasova və komandasına gələcək oyunlarda uğurlar arzulayıram.
 
- Yakub Jezniçakın zədəsi nə yerdədi?
- Onunla bağlı hər şeyə sabah aydınlıq gələcək.
 
- Komanda son dəqiqələrə kimi real qol epizodu yarada bilmədi. Bu nə ilə bağlıdı?
- Dediyim kimi, oyunçular arasında anlaşma yaxşı deyildi. Həm də, bu, rəqibin də oyunu ilə bağlı iid. Yəni hər iki amil oyunumuza təsir etdi.
 
- Çempionatda yaranacaq fasilə komandaya necə təsir edəəck?
- Bu, yeni bir şey deyil. Həmişə olur. Əlimizdə 8-9 futbolçu qalacaq. Hər oyunçumuz iki qarşılaşmada şans qazanacaq. Ancaq dediyim kimi, bu, bizim üçün normal haldı.
 
- Ötən il ilk dövrədən sonra iki məğlubiyyətiniz var idi. İndi isə yanız bir heç-heçəniz var. Bu, “Qarabağ”ın gücündən xəbər verir, ya rəqiblərin zəifliyindən?
- Sadəcə, bu il heyətdə yetərincə oyunçumuz var. Keçən il keçirdiyimiz oyunlarda da zəif təsir bağışlamamışdıq. Ola bilsin, bu il daha hazırlıyıq.
 

Xəbər xətti