"Mlada" Kamran Ağayevə ehtiyac duymur

00:24 - 2 Oktyabr 2017

Çexiya çempionatında 9-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada” səfərdə “Yablonets”lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

 

Kamran bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü yenə ehtiyatda qalıb.

 

Geridə qalan turlarda 7 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti