"Liverpul"u bu dəfə "Nyukasl" büdrətdi VİDEO

01:10 - 2 Oktyabr 2017

İngiltərə Premyer Liqasında 7-ci tura yekun vurlub.

 

Sportal.az xəbər verir ki, tutun son matçında "Nyukasl" "Liverpul"u qəbul edib. Oyunda tərəflər hərəyə bir qol və bir xalla kifayətləniblər - 1:1.

 

Bu nəticədən sonra Premyer Liqanın turnir cədvəlində "Liverpul" 12 xalla 7-ci yerdə qərarlaşıb. Radael Benitesin rəhbərlik etdiyi "Nyukasl" isə aktivindəki 10 xalla 9-cu pillədə yer alıb. Lider isə aktivində 19 xal olan "Mançester Siti"dir. Şəhərin digər təmsilçisi - Mançester Yunayted" də eyni xalı toplayıb və 2-cidi.

 

"Nyukasl" - "Liverpul" - 1:1
Qollar:
Xoselu, 36 - Koutinyo, 30

 

 

Xəbər xətti