Eddi İsrafilov "Barselona"ya qarşı oynaya bilmədi - Matç təxirə salındı

10:56 - 2 Oktyabr 2017

İspaniya 2-ci liqasında 7-ci turun bir oyunu təxirə salınıb. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik”in “Barselona”nın B komandası ilə oyunu təxirə salınıb. Buna Kataloniyada baş tutan referendum səbəb olub.

 

Qeyd edək ki, “Ximnastik” bu mövsüm oynadığı 6 oyunda cəmi 1 qələbə qazanıb və 5 xalla 22 klub arasında 20-ci pillədə qərarlaşıb.

Xəbər xətti