PSJ-də və İtaliya millisində ciddi itki

11:42 - 2 Oktyabr 2017

PSJ-nin heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, parislilərin futbolçusu Marko Verratti zədələnib. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

 

İtaliya millisinin üzvü Fransa I Liqasında "Bordo"ya qarşı matçın (6:2) 79-cu dəqiqəsində zədə alıb. Verratinin təxminən 10 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib. İtaliya millisinin yarımmüdafiəçisi DÇ-2018-in seçmə mərhələsində Makedoniya və Albaniya ilə oyunları buraxacaq.

Xəbər xətti