"Qəbələ" 559 gün sonra evdə uduzdu

“Qəbələ”nin öz meydanındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Topaz Premyer Liqasının VII turunun “Kəpəz”lə ev matçında 0:2 hesabı ilə uduzub.

 

Əyalət klubu bunadək son 21 çempionat oyununda qonaqlara yenilməmişdi. “Qəbələ” “Kəpəz”ə qədər sonuncu ev məğlubiyyətini 2016-cı il martın 19-da “Qarabağ”dan alıb. 1:2 hesablı məğlubiyyətdən 559 gün sonra uduzan Roman Qriqorçukun yetirmələri 2015/16 mövsümünün son 4, cari mövsümün isə ilk ev oyununda xalsız qalmayıb. 2016/17 mövsümündə isə heç bir komanda Qəbələdən qalib dönməyib. Bu 21 matçda 15 qələbə qazanan “qırmızı-qaralar” 6 heç-heçə edib.

Tarix: 2 Oktyabr [12:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Oktyabr 2017
16  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio