"Qəbələ" "Neftçi" ilə qarşılaşacaq

Topaz Premyer Liqasının 7-ci turunda “Kəpəz”lə qarşılaşan “Qəbələ”nin milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründəki hazırlıq planı müəyyənləşib. 

 

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi ilə sentyabrın 29-da keçirilən ev oyunundan (0:2) sonra qısa istirahətə buraxılan “qırmızı-qaralar” hazırlıqlarını oktyabrın 3-də bərpa edəcək. 

 

Məşq prosesinə yığmaların düşərgəsində olan futbolçular qatılmayacaq. “Qəbələ” fasilə dövründə yoxlama oyunu da keçirəcək. Komandamız hazırlıq matçında “Neftçi” ilə üz-üzə gələcək. Görüş oktyabrın 7-də baş tutacaq. Bakıdakı İsmət Qayıbov adına təlim-məşq bazasında keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.

Tarix: 2 Oktyabr [14:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Oktyabr 2017
16  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio