Almaniya millisində itki

14:52 - 2 Oktyabr 2017

DÇ-2018-in seçmə oyununda millimizlə oynayacaq Almaniya yığması itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, yığma komandaya dəvət edilən Timo Vernerin düşərgəyə qoşulmayacağı gözlənilir.

 

Buna səbəb 21 yaşlı hücumçunun müalicə almasıdı. “Leytspiq”in üzvünün boyun onurğasının əzələ sistemində problem var. Klubun idman direktoru Ralf Raqnik onun milli komandaya qoşulmağının çətin olacağını bildirib. 

 

Qeyd edək ki, Almaniya – Azərbaycan matçı oktyabrın 8-i saat 22:45-də start götürəcək. 

Xəbər xətti