"Qarabağ" ilk qələbəsini qazandı

19:05 - 2 Oktyabr 2017

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin 7-ci turunun 3 oyunu keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün "Qarabağ" və "Zirə" üz-üzə gəlib. Oyun Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə nəticələnib. Bu, "köhlən atlar"ın cari mövsümdə ilk qələbəsidi. 

 

Bu tur keçirilməli olan "İnter" - "Neftçi" matçı təxirə salınıb. 

 

Əvəzedicilərin çempionatı, 7-ci tur

 

30 sentyabr

"Qəbələ" -" Kəpəz" 2:0
Qollar:
Elvin Həsənov, 35. Hacıağa Hacılı, 43.

 

1 oktyabr

"Səbail" - "Sumqayıt" 1:1
Qollar:
Emil Həsənzadə, 37 - Murad Məmmədxanov, 45.

 

2 oktyabr

"Qarabağ" - "Zirə" 4:1
Qollar:
Kamran Nəsirov, 3. Famil Camalov, 28; 44. İbrahim Qədirzadə, 41 - Mirəli Məmmədzadə, 90+3.

Xəbər xətti