Kavani məhkəmə qarşısına çıxacaq

21:54 - 2 Oktyabr 2017

Fransa 1-ci Liqasında mübarizə aparan PSJ-nin oyunçusu Edinson Kavani məhkəməyə çıxacaq.


Sportal.az xarici mətbuata istinadən xəbər verir ki, uruqvaylı hücumçu bir dönəm birlikdə çalışdığı Cuzeppe Spinoza tərəfindən məhkəməyə verilib.


Məsələ ilə bağlı danışan Spinoza: “Edinsonla 3 ilə yaxın müddətdə bir işdə şərik olmuşuq. Lakin 2 il öncə birdən-birə mənə “Artıq sənə ehtiyacım yoxdu” dedi. Səbəbini soruşdum, lakin demədi. Bir anda işsiz qaldım. Kavanini mənə əl altından 100 min avro ödədiyi və heç bir səbəb olmadan mənə işdən çıxardığına görə məhkəməyə verdim”.


Qeyd edək ki, ulduz futbolçunun noyabrın 28-də Napolidə olacaq.

 

Xəbər xətti