Neymarın atası: “Onun “Barselona”da qalmasını istədim”

Fransa 1-ci Liqasında mübarizə aparan “PSJ-nin ulduz futbolçusu Junyor Neymarın atası və həmçinin, meneceri Senyor Neymar oğlunun “Barselona”da qalmasını istədiyini açıqlayıb.


Sportal.az xəbər verir ki, transfer prosesi haqqında danışan ata: “Son ana qədər tərəddüd edən mən idim. Ona “Barselona”da qalmasının ən yaxşı seçim olduğunu dedim, lakin risk almaq istədi. Çətin qərar idi, ancaq Neymar bu meydan oxumanı istədi və biz də ona dəstək olduq”.


Ulduz futbolçunun ilk istəyinin “Qızıl top” olduğunu vurğulayan Senyor Neymar: “Neymarı PSJ-yə Çempionlar Liqasını qazandırmaq fikri motivasiya etdi. “Qızıl top” mükafatını “Barselona”da qazana bilərdi. “Qızıl top” üçün PSJ-yə transfer olduğunu düşünmürəm”.


Senyor Neymar Çempionlar Liqasını qazanmaq üçün vaxtlarının olduğunu deyib: “Neymar PSJ ilə 5 illik müqavilə imzalayıb. Çempionlar Liqasını qazanmaq üçün 5 il vaxtımız var”.


Xatırladaq ki, braziliyalı forvard bu yay rekord məbləğ – 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə transfer olmuşdu.

 

Tarix: 2 Oktyabr [22:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2017
13  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio