FİFA Türkiyə millisinin baş məşqçisini cəzalandırdı

23:52 - 2 Oktyabr 2017

FİFA-nın İntizam Komitəsi Türkiyə millisinin baş məşqçisi Mirça Luşeskuya 1 oyunluq cəza verib.


Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssisin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Ukrayna ilə keçirilən matçın baş hakiminə fasilədə telefon vasitəsilə göstərmiş olduğu epizodlara və qarşılaşmadan sonra hakim haqqında etdiyi açıqlamalara görə bu cəza verilib.


Beləliklə, Türkiyə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İslandiya yığmasıyla keçiriləcək matçda komandasının başında olmayacaq. Qardaş ölkə təmsilçisi Tayfur Harvutçunun rəhbərliyi altında meydana çıxacaq.


Qeyd edək ki, dünyanın ali futbol qurumunun İntizam Komitəsinin 19 üzvünün arasında islandiyalı təmsilçi Berqsson Qudni yer alsa da, Türkiyədən heç bir nümayəndə yoxdur.

 

Xəbər xətti