Azarkeşlər millimizin üzvünə hücum etdilər

10:10 - 3 Oktyabr 2017

Milli komandamızın üzvü və "Bursaspor"un hücumçusu Dəniz Yılmaz Türkiyədə azarkeş hücumuna məruz qalıb.

 

Sportal.az xəbər verir ki, Super Liqanın son turunda "Kayserispor"la matçda 90 dəqiqə ərzində meydanda varlığı ilə yoxluğu bilinməyən Dəniz Yılmaza Kayseri hava limanında "Bursaspor"un bir neçə azarkeşi hücum edib. Klub rəsmiləri onun üzərinə şığıyan fanatları sakitləşdirə bilib və olayın böyüməsinə imkan verməyiblər.

 

Xatırladaq ki, Dəniz bu mövsüm Super Liqada 4 oyun keçirib və qol vurmayıb.

Xəbər xətti