"Beşiktaş"ın və "Ayntraxt"ın futbolçuları millimizdə

19:27 - 3 Oktyabr 2017

19 yaşadək futbolçulardan ibarət millimizin heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Avropa çempionatının ilkin seçmə mərhələsində İrlandiya, Serbiya və Kiprlə yarışacaq komandamızın heyətinə 21 oyunçu cəlb edilib.

 

Baş məşqçi Təbriz Həsənov bu oyunçulara dəvət göndərib:

 

Qapıçılar: Şahin Zəkiyev (İnter), Murad Popov (Qəbələ), Məmməd Hüseynov (Qarabağ)

 

Müdafiəçilər: Hüseyn Seyligli, Mətin Gülər (hər ikisi Beşiktaş, Türkiyə), Əsgər Hüseynov, Elçin Əsədov, Yusif Həsənov (hər üçü Qarabağ), Ricat Qarayev, Murad Qayalı (hər iksi İnter)

 

Yarımmüdafiəçilər: Bahadur Həziyev (MOİK), Pilağa Mehdiyev (Qarabağ), Murad Mahmudov (“Ayntraxt”, Almaniya), Fərid Nəbiyev (Slaviya, Çexiya), Rafael Məhərrəmli (İnter), Ekinçilər Barış (Bohum, Almaniya), Süleyman Əhmədov (Qarabağ), Ceyhun Muxtarlı (İnter)

 

Hücumçular: İbrahim Əliyev (Qarabağ), Doğukan Oksuz (Trabzonspor)

 

Həmçinin yığmamızın oyun təqvimi də bəllidi. İrlandiyada keçiriləcək oyunlarda millimiz ilk matçını sabah meydan sahiblərinə qarşı olacaq. Komandamız ayın 7 və 10-da müvafiq olaraq Serbiya və Kiprlə qarşılaşacaq.

Xəbər xətti