Raşford: “Ronaldo kimi cərimə zərbəsi endirə bilərəm”

23:04 - 3 Oktyabr 2017

“Mançester Yunayted”in gənc futbolçusu Markus Raşford Kriştiano Ronaldo kimi yaxşı cərimə zərbəsi endirə biləcəyini açıqlayıb.


Sportal.az xəbər verir ki, ingilis oyunçunun keçən il Avropa Liqasında “Selta”ya (Viqo) cərimə zərbəsindən vurduğu qol zamanı Kriştiano Romnaldonun istifadə etdiyi stildən istifadə edib-etmədiyi ilə bağlı verilən suala 20 yaşlı hücumçu belə cavab verib: 


“Əslində xeyr. Ronadonun istifadə etdiyi stillə mənim istifadə etdiyim stil bir-birinə bənzəyə bilər, lakin bəzi fərqlər var. Ama istəsəm, birbaşa Ronaldo kimi də cərimə zərbəsindən qol vura bilərəm”.


Raşford DÇ-2018-də uşaqlığının kumirləri olan Messi və Ronaldo ilə qarşılaşmaq üçün səbrsizləndiyini də deyib: “Neymar, Ronaldo, Messi və braziliyalı Ronaldo sizin bu günkü kimi bir futbolçu olmağınıza kömək edirlər. Onlara heyranam. Ümid edirəm ki, DÇ-2018-dəki çıxışımla daha yaxşı səviyyəyə yüksələrəm”.

Xəbər xətti