"Atletiko"yla oyuna nə qədər bilet satılıb? - "Qarabağ"dan rəsmi açıqlama

00:12 - 4 Oktyabr 2017

“Qarabağ” Çempionlar Liqasının 3-cü turu çərçivəsində “Atletiko”nu (Madrid) qəbul edəcək.


Sportal.az xəbər verir ki, artıq 15 min nəfər sözügedən matça öz biletini alıb. 


Bu haqda “Qarabağ” klubunun rəsmi “facebook” səhifəsi məlumat yayıb.


Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

 

Xəbər xətti