Millimiz seçmə mərhələdə ilk matçına çıxır

12:20 - 4 Oktyabr 2017

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə qrup mərhələsində ilk oyununa çıxacaq.


Sportal.az xəbər verir ki, Təbriz Həsənovun komandası İrlandiya yığması ilə qarşılaşacaq. Meydan sahibləri ilə görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

Qeyd edək ki, 7-ci seçmə qrupda İrlandiyadan əlavə, oktyabrın 7-də Serbiya, oktyabrın 10-da Kipr milliləri ilə qarşılaşacaq.

 

4 oktyabr

18:00. Azərbaycan – İrlandiya
Uoterford. Regional İdman Mərkəzi
Hakimlər:Alain Durieux, Klaude Reis (hər ikisi Lüksemburq), Teodoros Georgiou, Ferenk Karako (hər ikisi Macarıstan)

Xəbər xətti