"Tottenhem"in forvardı "Real"ın hədəfində

İspaniya La Liqasında mübarizə aparan “Real” (Madrid) “Tottenhem”in futbolçusu Harri Keyn ilə maraqlanır.


Sportal.az xarici mətbuata istinadən xəbər verir ki, Kərim Benzema tez-tez zədələndiyinə və Morata komandadan göndərildiyinə görə hücumçuya ehtiyacı olan “kral klubu”nun prezidenti Florentino Peres oyunçu üçün “Tottenhem”in tələb etdiyi 200 milyon avronu ödəməyə hazırdı.


Bildirlir ki, Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidan da 24 yaşlı forvardı komandada görmək istəyir. 


Xatırladaq ki, 2016-cı il fevralın 28-dən bəri meydana çıxdığı Premyer Liqa matçlarında 44 qol vuran Keyn bu nominasiyada ən yaxın izləyicisi Aqueronu 8 qolla qabaqlayır. İngilis futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla 11 qol vurub.

 

Tarix: 4 Oktyabr [20:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Dekabr 2017
15  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio