Dino Ndlovu: "Qarabağ"dakı çıxışımın mənə faydası çox oldu"

10:27 - 5 Oktyabr 2017

"Qarabağ"ın və Cənubi Afrika Respublika millisinin hücumçusu Dino Ndlovu açıqlama verib.

 

Sportal.az xəbər verir ki, uzun müddət sonra yığmaya dəvət alan forvard fikirlərini bölüşüb:

 

"Millinin formasını geymək mənim üçün hər zaman şərəfdir. Əgər DÇ-2018-in final mərhələsinə yüksələcəyimizə inanmırıqsa, Burkina-Fasoya qarşı oynamaq mənasız olardı. Milliyə dəvət alan oyunçularla nəticə qazanmaq mümkündür".

 

Ndlovu "Qarabağ"dakı oyunu sayəsində milliyə dəvət aldığını vurğulayıb:

 

"Mən Allaha çox inanıram. Tanrı döyüşçülərinə ən çətin tapşırıqları verir. Əgər siz futbolçusunuzsa, hər zaman təzyiq altına olacaqsınız. Fərqi yoxdur, Mozambikdə oyna, ya da Azərbaycanda. Hamı yumru topun arxasınca qaçır. Çempionlar Liqasındakı çıxışımın mənə faydası çox böyük oldu. "Qarabağ"dakı çıxışımın mənə faydası çox oldu. Baksterlə də telefonla danışmışdıq. Mənə dəvət göndərəcəyini söyləmişdi. Milli komanda tək mənim, oyunçuların deyil, bütün xalqındı. Biz də uğurla çıxış etmək istəyirik. Qalib gələrək şanslarımızı artırmaq istəyirik".

 

Ndlovu Azərbaycan və Cənubi Afrika çempionatını müqayisə edib: “Hər kəs Azərbaycan və mənim ölkəmin liqası haqqında soruşur. Cənubi Afrika çempionatı Azərbaycan Premyer Liqasından bir qədər yüksəkdədir. Çünki orada cəmi 8 komanda var. CAR-da isə 16 komanda çempionluq üçün mübarizə aparır. Buna baxmayaraq futbol hər zaman futboldur. Harda oynamağından asılı olmayaraq”.


Qeyd edək ki, CAR yığmasında 2012-ci ildə debüt edən Dino Ndlovu bu vaxta qədər millidə 4 oyun keçirib. Dino yığmada son görüşünü 2012-ci ildə Braziliyaya qarşı keçirib.
 
CAR DÇ-2018-in seçmə mərhələsində oktyabrın 7-də Burkina Faso ilə qarşılşacaq.

Xəbər xətti