Yupp Haynkes "Bavariya"ya dönür

11:06 - 5 Oktyabr 2017

"Bavariya"nın yeni baş məşqçisinin adı böyük ölçüdə məlum olub.

 

Sportal.az xəbər verir ki, Münhen klubunun sabiq baş məşqçisi Yupp Haynkeslə razılığa gəldiyi iddia edilib. Bu barədə "Bild" nəşri məlumat yayıb. Bildirilib ki, klub rəhbərliyi məşqçi karyerasını başa vuran 72 yaşlı mütəxəssisi yenidən Münhen təmsilçisində işləməyə razı salıb.

 

Qeyd edək ki, Haynkes bundan əvvəl 3 dəfə "Bavariya"nı  (1987-1991, 2009, 2011-2013) çalışdırıb.

Xəbər xətti