"Atletiko" 20 yaşlı hücumçu transfer edir

18:21 - 5 Oktyabr 2017

"Atletiko" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi Argentinanın "Rasinq" klubundan Lautaro Martinesi transfer edir. İspaniya mətbuatının yazdığına görə, La Liqa təmsilçisinin idman direktoru Andrea Berta Buenos Ayresə gedərək 20 yaşlı hücumçunun keçidini həll edib.

 

Qeyd edək ki, Martines Argentinanın U-20 milli komandasının heyətində 11 matçda 8 qolla yadda qalıb.

Xəbər xətti