Messi ən çox nəyə əsəbiləşir?

21:42 - 5 Oktyabr 2017

Qətərin Əl-Sədd klubunda mübarizə aparan Xavi Ernandes Lionel Messinin ən çox nəyə əsəbiləşdiyini açıqlayıb.


Sportal.az xəbər verir ki, sabiq “Barselona”lı verdiyi açıqlamada:
“Messi top ayağına gəlməyəndə çox əsəbiləşir. “Barselona” və Argentina millisi Messiyə top vermədən 10 dəqiqə oynaya bilməz”


37 yaşlı yarımmüdafiəçi Messinin topa sahib olmadığı zamanlar dəliyə döndüyünü deyir: “Lionel Messi oyuna daxil olmaq məcburiyyətindədi. Top hardadısa, o da orda olmalıdı. Əks təqdirdə dəliyə dönür. Əgər Messi 5 dəqiqə ərzində topa dəyməsə, onu topun olduğu bölgəyə aparmağınız lazımdı. Oyunun içində olmalıdı”.

 

Xəbər xətti