Ərtoğrul Sağlam: “Rəşad Sadıqovdan yaxşı məşqçi olacaq”

Dünən DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Azərbaycan - Çexiya matçını izləyənlər arasında tanınmış simalar da var idi. 

Sportal.az saytının məlumatına görə, türkiyəli mütəxəssis Ərtoğrul Sağlam da oyunu izləyənlər arasındaydı. O, vaxtilə “Kayserispor”da rəhbərliyi altında oynamış Rəşad Sadıqovun millidəki vida matçını izləmək üçün gəldiyini bildirib:

“Kayseridə birlikdə çalışmışıq. Rəşadın son oyununa baxdım. Xoş idi bu oyunu izləmək. Fikrimcə, Rəşaddan yaxşı məşqçi olacaq. Onun xarakteri, işə sevgisi də var. Rəşada uğurlar arzu edirəm”. (dsport.az)

Tarix: 6 Oktyabr [14:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio