"Bavariya"nın yeni baş məşqçisi rəsmən açıqlandı

18:26 - 6 Oktyabr 2017

Bir müddət öncə Karlo Ançelotti ilə yolları ayıran “Bavariya”nın yeni baş məşqçisinin adı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa klubunun “sükanı arxası”na təcrübəli çalışdırıcı Yupp Haynkes keçib. Haynkeslə gələn il iyunun 30-na kimi nəzərdə tutulmuş müqavilə bağlanıb. 

 

 72 yaşlı mütəxəssis bundan əvvəl 3 dəfə "Bavariya"nı  (1987-1991, 2009, 2011-2013) çalışdırıb.

Xəbər xətti