“Mançester Yunayted” “Napoli”nin ulduzu ilə maraqlanır

21:26 - 6 Oktyabr 2017

İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted” “Napoli”nin futbolçusu Dris Mertens ilə maraqlanır.


Sportal.az “Metro” qəzetinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” belçikalı hücumçu üçün 30 milyon avroluq təklif göndərmək niyyətindədir.


30 yaşlı oyunçu üçün İngiltərə təmsilçisinin yanvar ayında hərəkətə keçəcəyi bildirilir.


Xatırladaq ki, mövsümə möhtəşəm başlayan Mertens çıxdığı 11 oyunda 9 qol vurub 5 məhsuldar ötürmə etməklə “Napoli”nin A Seriaya 7 turdan sonra maksimum nəticə toplamasında böyük pay sahibi olub.

 

Xəbər xətti