Del Pyero: “Ümid edirəm, Dibala “Yuventus”da mənim etdiklərimi edə bilər”

22:16 - 6 Oktyabr 2017

“Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero “La Gazzetta dello Sport”a müsahibə verib.


Sportal.az xəbər verir ki, Del Pyero mövsümün əvvəlindən “Yuventus”da 10 nömrəli formanı geyinən Paulo Dibala haqqında danışıb: 
“10 nömrəli formanı məndən əvvəl Bacco və Platini kimi əfsanələr geyinib. Dibala “Yuventus”da qalmaq üçün hər şeyə sahibdi. Əgər istəsə, ömür boyu “Yuventus”da qala bilər”.


Argentinalı ulduzu tərifləyən italiyalı əfsanə: “Nə qədər yaxşı futbolçu olduğunu gün keçdikcə göstərir. Sadəcə vurduğu qollara görə bunları demirəm, meydanda verdiyi qərarlar möhtəşəmdi. Ümid edirəm, “Yuventus”da mənim etdiklərimi edə bilər. Başqa heç bir azarkeş onu bu qədər sevə bilməz”.


“Yuventus”un A Seriyada ən böyük çempionluq namizədi olduğunu bildirən Del Pyero: “Əvvəlki illərdə olduğu kimi bu mövsüm də “Yuventus”u favorit olaraq görürəm, lakin bu mövsüm “Napoli” ciddi rəqibdi”.

 

 

Xəbər xətti