“Liverpul” “Bayer”dən iki futbolçu istəyir

23:56 - 6 Oktyabr 2017

Yarımmüdafiə və müdafiə xəttində problemlər yaşayan “Liverpul” qış transfer pəncərəsində komandanı yeni oyunçularla gücləndirmək niyyətindədir.


Sportal.az xəbər verir ki, İngiltərə Premyer Liqasında yeni mövsümə istədiyi kimi başlaya bilməyən “mersisaydlılar” “Bayer”dən (Leverkuzen) iki futbolçu transfer etmək istəyir.


Bildirilir ki, “qırmızılar”ın baş məşqçisi Yurqen Klopp alman klubundan Kay Havertz və Benjamin Henrixsin transfer olunmasını rəhbərlikdən tələb edir.

 

Xəbər xətti