"Qarabağ" hazırlıqlarını davam etdirir

00:54 - 7 Oktyabr 2017

Milli komandaların oyunları ilə bağlı  yaranan fasilədə "Qarabağ" hazırlıqlarını davam etdirir. 


Sportal.az xəbər verir ki, komandagündə bir dəfə olmaqla klubun bazasında məşq edir. 


Milli komandalara dəvət alan 14 futbolçunun yoxluğunda əvəzedici heyətin bir neçə üzvü əsas komandanın hazırlıq prosesində iştirak edir.


Ağdam təmsilçisi oktyabrın 7-si, saat 16:30-da "Azərsun Arena"da "Sumqayıt"la yoxlama oyunu keçirəcək.

 

Xəbər xətti