"Sabah"ın futbolçusu: "Bu oyundan dərs çıxarmalıyıq" MÜSAHİBƏ

23:11 - 7 Oktyabr 2017

I Divizionun 2-ci turunda "Sabah" səfərdə "Qaradağ Lökbatan"a 1:2 hesabı ilə məğlub olub.
 
Qarşılaşmadan sonra qonaqların müdafiəçisi Şirməmməd Məmmədov Sportal.az-a müsahibə verib.

 

- Oyun normal məcrada keçdi. İkinci hissədə bir az yorğun olduğumuz göründü. Hamımız can qoyduq. Baxmayaraq ki, uduzduq. Gələn həftə "Zaqatala" ilə oynacağıq. Bu matçı analiz edib hazırlaşacağıq. Səhvlərimizi təkrarlamaq istəmirik. Bu oyundan dərs çıxarmalıyıq.

 

- Yorğunluğa səbəb kimi ilk matçda çox güc sərf etməyiniz olub?
- Bəli, ilk matçda çox güc sərf elədik. İlk oyunda ağır matç keçirdik. Yaşı ki, 3 xal qazandıq. Bu görüşdə isə ilk hissədə pis təsir bağışlamadıq. İkinci hissədə isə oyunumuz alınmadı. Həm də arxayınçılıq da oldu. Bunlar vəhdət təşkil etdiyi üçün uduzduq. Səhvlərimizi növbəti oyunda təkrarlamaq istəmirik.

 

- Arif Əsədov oyundan sonra nə dedi?
- O sözlər paltardəyişmə otağında qaldı. Amma hamımızdan razı qaldı. Bizə uğurlar arzuladı və təşəkkür etdi. Bu, futboldu. Hətta ən zəif komanda güclü rəqibi məğlub edə bilər. Bu idman növündə hər şey baş verə bilər. Bəzi səhvlərimizi və düzlərimizi dedi.

 

- "Zaqatala" ilə matç barədə nə düşünürsən?
- Oyuna bir müddət vaxt var. Yaxşı hazırlaşacağıq. Arif müəllim bizə səhvlərimizi çatdıracaq və bu oyuna 3 xal üçün çıxacağıq.

Xəbər xətti