"Binə"nin baş məşqçisi: "Bölgə komandaları öz meydanlarında heç vaxt zəif olmurlar"

00:12 - 8 Oktyabr 2017

Bu gün Birinci Divizionda ll tur çərçivəsində səfərdə "Mil-Muğan"la qarşılaşacaq "Binə" hazırlıqlarını başa vurub.

 

Sportal.az xəbər verir ki, oyunöncəsi son məşqini keçirən "Binə" artıq İmişli şəhərindədir. Baş məşqçi Mehman Babayev tur və"Mil-Muğan"a qarşı keçirəcəkləri matç haqda öz fikirlərini bildirib:

 

"Futbolçularım ilk oyunda qələbəni çox istəyirdi. Bu istək o qədər çox idi ki, sonda komandamızın oyununa mənfi təsir göstərdi. Birinci hissə zəif oynadıq. İkinci hissədə daha çox hücum edən tərəf biz olduq. Əsasən cinahdan hücumlara üstünlük verdik. Qapıya zərbələrimiz həddən artıq az oldu, son öütürmələrimiz alınmırdı. Sadaladığım səbəblər də məğlubiyyətimizdə birbaşa rol oynadı. İmişliyə 3 xal üçün gedirik. Bu oyunda bizi yalnız qələbə qane edə bilər. Bölgə komandaları öz meydanlarında heç vaxt zəif olmurlar. İstər- istəməz orda çox çətin olacaq. Rəqibin "Xəzər" ilə Bakıdakı oyunlarına baxdım. Düşünürəm ki, doğma azarkeşləri önündə oyunları tam fərqli olacaq. Yaxşı kollektivləri var. Amma bizi yalnız 3 xal qane edəcək."

Xəbər xətti