"Qarabağ" - "Atletiko" oyununa nə qədər bilet satılıb? BOS-dan açıqlama

17:50 - 8 Oktyabr 2017

Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin III turunda oktyabrın 18-i İspaniyanın “Atletiko” klubunu qəbul edəcək.


Sportal.az Bakı Olimpiya Stadionunun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, bu günə olan məlumata görə, artıq qarşılaşmaya təxminən 25 000 bilet satılıb. Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşmaqla şəxsiyyət vəsiqəsiylə birbaşa biletləri əldə edə bilər.


Onlayn bilet əldə etmək istəyən azarkeşlər isə iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidir.


Qeyd edək ki, “Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-i, saat 20:00-da start götürəcək.


Satış məntəqələri: 
“Gənclik mall” və “28 mall”
“Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)

Xəbər xətti