“Real Sosyedad”ın gənc ulduzu İspaniya nəhənglərinin hədəfində

18:28 - 8 Oktyabr 2017

İspaniya La Liqasında mübarizə aparan “Real Sosyedad”ın gənc futbolçusu Alvaro Odriosola yayda komandadan ayrıla bilər.


Sportal.az xəbər AS qəzetinə istinadən xəbər verir ki, müdafiəçi ilə “Real” (Madrid) və “Barselona” maraqlanır.


Madrid təmsilçisi səbəst qalma məbləği 40 milyon avro olan oyunçunu yay transfer pəncərəsində transfer etməyi hədəfləyir. Nelson Semedonun bölgəsinə ehtiyat oyunçu axtaran “Barselona” da İspaniya millisinin üzvünü heyətinə qamaq istəyir, lakin “kataloniyalılar” 21 yaşlı Odriosola üçün çox böyük məbləğ ödəmək niyyətində deyil.

 

Xəbər xətti