Rüfət Quliyev: "Mövsümü bizə uyğun olan yerdə başa vuracağıq" MÜSAHİBƏ

11:55 - 9 Oktyabr 2017

"Şüvəlan" - "Ağsu" matçından sonra qonaqların baş məşqçisi Rüfət Quliyev Sportal.az-a müsahibə verib.

 

Həmin müsahibəni təqdim edirik:

 

- Komandanız məğlub oldu. Oyun haqda fikirlərinizi bildirərdiz...

- "Şüvəlan"ı qələbə münasibətilə təbrik edirəm. Çempionat yeni başlayıb. Hər iki komanda yaxşı oynadı. İlk hissədə "Şüvəlan" nisbətən bizdən üstün idi. İkinci hissədə isə yaxşı oynamağa başladıq. Amma artıq çox gec idi. 0:2 hesabı ilə məğlub olurduq. Düzdür, hər şey əldən getməmişdi. 11 metrlik cərimə zərbəsi qazandıq. Bunu qola çevirsəydik oyun başqa cür ola bilərdi. Çünki, hələ 15 dəqiqə vaxtımız var idi. Təəssüf ki, penaltidən yararlana bilmədik. Futbolda belə şeylər olur. Çempionat uzun marafondu. Ümid edirəm ki, bu məğlubiyyətdən dərs götürüb, səhvlərimizi aradan qaldırıb, gələcəkdə daha yaxşı nəticələr qazanacağıq.

 

- Buraxdığınız erkən qollar planlarınızı pozdu?

- Buraxdığımız qollar haqqında danışmaq istəyirəm. İlk qolu 35 metrdən, ikincini cərizmə cərbəsindən, üçüncünü də 90+4-cü dəqiqədə penaltidən vurdular. Oyun ərzində qapımıza maksimum 3-4 dəqiq zərbə oldu ki, rəqib bunlardan da yararlandı. Bizim bir neçə epizodumuz oldu ki, istifadə edə bilmədik. Futboldur. Hər şey olur.

 

-Komandanızın sərgilədiyi oyundan razı qaldız?

- Tam yox. Çünki, yeni yığılmış komandayıq. Mövssmün əvvəlində komandaya 12 yeni futbolçu cəlb etmişik. Ona görə də komandanın uyğunlaşması, yaxşı oyun nümayiş etdirməsi üçün vaxt lazımdır.

 

- "Ağsu"nun çempionatda hədəfi nədir?

- Bizim hədəfimiz mövsümə tək aid deyil, oyundan oyunadır. Hər matça qələbə əzmi ilə çıxırıq. Arada kubok matçımız da var.  Ondan sonra evdə "Xəzər"i qəbul edəcəyik. Ümidvaram ki, oyundan oyuna yaxşı nəticə əldə edib, sonda mövsümü bizə uyğun olan yerdə başa vuracağıq.

Xəbər xətti