"Qarabağ"la oyunda qazanılacaq qələbə hər şeyi dəyişəcək"

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Atletiko”nun müdafiəçisi Xuanfran İspaniya mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı müdafiəçi son vaxtlar əldə edlən uğursuz nəticələr barədə danışıb.

 

O, Ağdam təmsilçisi ilə qarşıdakı oyunlardə qalib gələrək, vəziyyətdən çıxacaqlarını deyib:

 

“Düşünmürəm ki, komandamız pis vəziyyətdədi. Biz sadəcə, iki oyunda qələbə qazana bilməmişik. Ancaq bu, heç də dünyanın sonu deyil. Çempionlar Liqasında 1/8 finala adlamaq şanslarımız var. “Qarabağ”la oyunda qazanılacaq qələbə hər şeyi dəyişəcək”.

 

Qeyd edək ki, “Atletiko” ÇL-in qrup mərhələsində növbəti iki oyununu məhz “köhlən atlar”a qarşı keçirəcək. Bu komandalar arasında ilk oyun oktyabrın 18-də, Bakıda keçiriləcək.

Tarix: 9 Oktyabr [13:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2017
19  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio