AFFA "Trabzonspor"un futbolçusunu milliləşdirdi

16:55 - 9 Oktyabr 2017

AFFA-nın daha bir futbolçunu milliləşdirdiyi məlum olub.

 

Sportal.az xəbər verir ki, federasiya Türkiyənin "Trabzonspor" klubunda forma geyinən Tayyip Ebrar Cumuru milliləşdirib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Həmkarlarımız Tayyipin Azərbaycanda doğulduğunu qeyd edib və onun ölkəmizin pasportunu daşıdığını yazıb. Bu isə AFFA-nın gənc yarımmüdafiəçini milliləşdirdiyini təsdiq edir.

 

Sol ayağından istifadə edən gənc futbolçu gələckdə "Trabzonspor"un əsas ulduzlarından birinə çevrilmək potensialındadır. O, ötən gün "bordo-mavililər"in heyətində "Əl-Sədd"lə yoxlama görüşündə ilk dəfə əsas komandanın formasını geyib.

 

Daha öncə AFFA Qaradəniz təmsilçisinin iki futbolçusu - Doğukan Öksüz və Murat Cem Akpınarı da milliləşdirmişdi. Ahmet Hakan Sevinç isə AFFA-ya müsbət cavab verməmişdi.

Xəbər xətti