Təmkin Xəlilzadə: "Almanlar bizə irad bildirdilər ki..." MÜSAHİBƏ

Millimizin üzvü Təmkin Xəlilzadə çıxış etdiyi "Zirə" klubunun rəsmi "facebook" səhifəsinə müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Almaniya məğlubiyyəti haqda fikirlərini öyrənək...
- Oyunun bizim üçün çətin olacağını əvvəlcədən bilirdik. Əslində, ilk hissə çox da pis deyildi. Sadəcə, ikinci yarıda meydan sahibləri təzyiqi artırdı və daha çox tab gətirə bilmədik.

 

- Fasilə ərəfəsində nə düşünürdüz, baş məşqçinin sizə xüsusi tapşırığı oldumu?
- Fasilədə Robert Prosineçki dedi ki, standart vəziyyətlərə fikir verin. Bir də geri qayıdan ikinci topları nəzərinizdən qaçırmayın. İstək başqa, reallıq başqa. Hamımız istərdik ki, nəyəsə nail olaq. 

 

- Start heyətində yer alacağını gözləyirdin?
- Mən hər oyundan əvvəl özümü hazırlayıram ki, bu görüşdə əsas heyətdə meydanda çıxacam. Almaniya ilə oyundan əvvəl biləndə ki, start heyətində meydana çıxacam, ikiqat məsuliyyətlə hazırlaşdım. Çünki rəqib elə bir kollektivdi ki, ən xırda səhvlərdən belə, qol vurmağı bacarır.

 

- Komandamız hesabı bərabərləşdirdikdən sonra rəqib futbolçular arasında söz mübahisəsi yarandı...
- Onlar bizə irad bildirdilər ki, oyunçuları Mustafi yerdə qalıb, bəs niyə topu qırağa çıxarmadız? Biz də bildirdik ki, Ramil digər müdafiəçi ilə təkbətək çıxmışdı, həmin vəziyyətdə topu kənara atmaq düzgün olmazdı. Amma biz nə desək də, almanlar qəbul etməyəcək, çünki qol vurmuşuq. Gördük, nə desək xeyri olmur, axırda başını buraxdıq.

 

- DÇ-2018-in seçmə mərhələsində 10 xal toplamağımızı necə qiymətləndirirsən?
- Yaxşı nəticədi, hələ indiyə qədər 10 xalımız olmamışdı. Nəzərə almaq lazımdı ki, qrupda Çexiya, Almaniya və Şimali İrlandiya kimi ölkələr var idi. Ən çox ona məyus olduq ki, ilk 3 görüşdən 7 xal topladıq, arxası gəlmədi.

 

- Çıxış etdiyin klub "Zirə" hazırda Premyer Liqada iddialılar sırasındadı. Komandanın çempionluq şansını necə görürsən?
- Mövsümün başa çatmasına hələ 21 oyun var. İndidən qızıl medallar haqda danışmağımız düzgün çıxmazdı. Üstəlik qarşımıza "çempion olmalısınız" kimi bir məqsəd də qoyulmayıb.

 

- Almaniya ilə oyundan sonra Azərbaycan çempionatının görüşlərinə köklənmək çətin olmayacaq?
- Yox, millimizin öz yeri var, çempionatımızın öz yeri. Neçə illərdi Premyer Liqada top qovuruq, artıq öyrəşmişik.

Tarix: 9 Oktyabr [17:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2017
13  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio