Koutinyonun yerinə Dele Alli

İspaniya La Liqasında mübarizə aparan “Barselona” gələn ilki transfer çalışmalarına indidən başlayıb.


Sportal.az xəbər verir ki, “kataloniyalılar” gələn yay Filippe Koutinyo üçün  yenidən “Liverpul”un qapısını döyəcək.


Bildirilir ki, əgər “mersisaydlılar” bu təklifi də qəbul etməsə, o zaman “Barça” “Tottenhem”dən Dele Allini transfer etməyə çalışacaq.


Xatırladaq ki, yayda braziliyalı oyunçu üçün “Barselona” “Liverpul”a 150 milyon avro təklif etsə də, İngiltərə klubu 200 milyon avro tələb etmişdi.

 

Tarix: 9 Oktyabr [21:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Oktyabr 2017
16  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio