“Mançester Siti”dən Messi üçün astronomik məbləğ

22:14 - 9 Oktyabr 2017

İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Siti” ulduz futbolçu Lionel Messini rənglərinə bağlamaq istəyir.


Sportal.az AS qəzetinə istinadən xəbər verir ki, “şəhərlilər” argentinalı oyunçu üçün 400 milyon avro ödəməyə hazırdı.


İngiltərə təmsilçisinin yanvar ayında transferi reallaşdırmaq niyyətində olduğu da qeyd edilir.


Xatırladaq ki, 30 yaşlı hücumçunun “kataloniyaılar”la olan müqaviləsi mövsümün sonunda bitir.

 

Xəbər xətti