Daha bir türk klubu Məsut Özili istəyir

22:48 - 9 Oktyabr 2017

Uzun müddətdir “Fənərbaxça”nın maraq dairəsində olan Məsut Özillə daha bir Super Liqa klubu maraqlanır.


Sportal.az xarici mətbuata istinadən xəbər verir ki, “Beşiktaş” klubu da türk əsilli alman oyunçunun xidmətində maraqlıdı.


Bir neçə gün öncə futbolçunun meneceri ilə görüşən “qara qartallar”ın menecerdən söz aldığı, yanvar ayında isə klub rəhbərliyi ilə danışıqlar aparılacağı bildirilir. 28 yaşlı yarımmüdafiəçinin isə İstanbul təmsilçisnə keçməyə müsbət yanaşdığı vurğulanır.


O da qeyd olunur ki, tez-tez adı “Mançester Yunayted”lə hallanan Özilin “qırmızı şeytanlar”a keçəcəyi real görünmür. Çünki, “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyonun transfer siyahısında Məsut Özil yer almır.

 

Xəbər xətti