"Mançester Yunayted"in gənc ulduzu "Barselona"nın maraq dairəsində

23:24 - 9 Oktyabr 2017

İspaniya La Liqasında mübarizə aparan “Barselona” “Mançester Yunayted”in futbolçusu Antoni Marsial ilə maraqlanır.


Sportal.az xəbər verir ki, bu transferdə “Barça”nın əlini gücləndirən şey “qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyonun digər hücumçulara daha çox forma şansı verməyidir.


Bu səbəbdən 21 yaşlı forvardın “Mançester Yunayted”ən ayrılmaq istəyə biləcəyini düşünən “kataloniyalılar” dərhal hərəkəyə keçməyi planlaşdırır.


2015-ci ilin yayında “Monako”dan 60 milyon avro qarşılığında “Mançester Yunayted”ə keçən Marsial “qırmızı şeytanlar”ın heyətində 100 oyuna 30 qol vurub və 20 məhsuldar ötürmə edib. 

 

Xəbər xətti