"Qarabağ"ın rəqibi türk futbolçuya "elçi düşdü"

00:22 - 10 Oktyabr 2017

Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Atletiko" "Trabzonspor"un futbolçusu Yusuf Yazıcını heyətinə qatmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, Madrid klubu artıq Türkiyə təmsimçisinə rəsmi təkliflə müraciət edib.

 

Türkiyə mətbuatında yer alan məlumata görə, ispanlar Yusufu yanvar ayında transfer etmək niyyətindədi. La Liqa təmsilçisi "Trabzonspor"a 14 milyon avro təklif edib. 

 

Qeyd edək ki, 20 yaşlı futbolçu "Trabzonspor"da 38 rəsmi oyunda 8 qol vurub və 15 məhsuldar ötürmə edib.

Xəbər xətti